ARDNF ötən il neft və qazın Azərbaycan ərazisi ilə ötürülməsindən 9 mln. manata yaxın gəlir əldə edib

ARDNF ötən il neft və qazın Azərbaycan ərazisi ilə ötürülməsindən 9 mln. manata yaxın gəlir əldə edib
# 11 mart 2015 08:16 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2014-cü ildə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) neftin və qazın Azərbaycan ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər (tranzit haqqı) 8,9 mln. manat və yaxud 11,4 mln. ABŞ dolları təşkil edib.

APA-Economics”in məlumatına görə, bu barədə məlumat Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti haqqında hesabatında əks olunub.

Məlumata əsasən, tranzit haqları ilə bağlı daxilolmalar ARDNF-in büdcəsində nəzərdə tutulmuş məbləğə (6,3 mln. manat) nisbətən 142% səviyyəsində yerinə yetirilib. Büdcədə nəzərdə tutulana nisbətən 2,6 mln. manat çox tranzit haqqının köçürülməsi il ərzində hasilatın və ixracın büdcədə nəzərdə tutulandan çox olması ilə izah edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR