"Total": "Abşeron" yatağına konsentrasiya olunmağımız qlobal siyasətimizin bir hissəsidir

"Total": "Abşeron" yatağına konsentrasiya olunmağımız qlobal siyasətimizin bir hissəsidir
# 05 iyun 2015 12:31 (UTC +04:00)

Bakı - APA-Economics. "Hazırda "Abşeron" qaz yatağı Fransanın "Total" şirkətinin bu sahədə yeganə əməliyyat aktividir. Yataqla bağlı yekun investisiya qərarı (FİD) hələ ki, qəbul olunmayıb. Bu, o deməkdir ki, biz layihə və onun gələcəkdə inkişafı ilə bağlı öz tədqiqatlarımızı aparırıq".

"APA-Economics"in xəbərinə görə, bunu "Total" şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Denis Lemarşal deyib.

D. Lemarşal qeyd edib ki, onun rəhbərlik etdiyi nümayəndəliyin 2014-cü ildə əsas fəaliyyət istiqaməti yatağın inkişaf proqramının hazırlanması olub və sənəd 2015-ci ilin ortalarında Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) təqdim olunacaq.

"Bildiyiniz kimi, biz "Şah Dəniz" layihəsindəki payımızı ona görə satdıq ki, sırf "Abşeron" yatağında konsentrasiya olunaq. Bu, aktivlərin idarə olunması baxımından "Total"ın qlobal siyasətinin bir hissəsidir. Biz daha gəlirli layihələrə konsentrasiya olunmaq niyyətindəyik", - deyə D. Lemarşal qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR