İranın neft naziri: İran ABŞ-ın neft layihələrinə sərmayə qoyuluşunu alqışlayır

İranın neft naziri: İran ABŞ-ın neft layihələrinə sərmayə qoyuluşunu alqışlayır
# 06 iyun 2015 22:42 (UTC +04:00)

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə İranın neft naziri Bijan Namdar Zangene bildirib.

“Bizim ölkə Amerika korporasiyalarının İranın neft layihələrində iştirak etməsini alqışlayır. Biz, sözsüz, ABŞ neft şirkətlərinin İrana qayıtması üçün zəmin yaradırıq”, deyə nazir qeyd edib.

İranlı nazir qeyd edib ki, ABŞ şirkətləri sanksiyaların aradan qaldırılmasını gözləməli olacaqlar. Bu sanksiyalar xarici şirkətlərin İrana kapital qoyuluşunu qadağa edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR