Biz bu gün nəqliyyatla daşımaları da müzakirə etdik.
APA-nın əməkdaşı xəbər verir ki, bunu Prezident İlham Əliyev Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitlə birgə mətbuata bəyanatlarında deyib.
Dövlət başçısı bildirib ki, Laos Prezidenti qonşu ölkələrlə dəmir yolu bağlantıları layihələrinin icra edildiyini qeyd edib. Belə ki, həmin layihələr icra olunduqdan sonra birbaşa Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutuna da bağlana bilər.
Prezident İlham Əliyevin sözlərinə görə, o da öz növbəsində Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələrinin artıq reallaşdığını, yüklərin həcminin artırılması ilə məşğul olunduğunu bildirib.
“Ümid edirəm ki, gələcəkdə hər iki tərəfdə reallaşan bütün bu layihələr başa çatdıqdan sonra yükdaşımaların da həcmi artacaq”, - dövlət başçısı əlavə edib.