Azərbaycan yığması reytinq siyahısında irəliləyib

Azərbaycan yığması reytinq siyahısında irəliləyib
# 04 iyun 2015 11:31 (UTC +04:00)

Bakı – APA. FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, planetin 209 yığmasının yer alacağı cədvəldə ciddi dəyişikliklər baş verib.

Mayın 7-də açıqlanan cədvəldən sonrakı 28 gün müddətində heç bir oyun keçirməyən Azərbaycan millisinin də mövqeyində dəyişiklik olub. Belə ki, son rəsmi cədvəldə hesabında 272 xal olan komandamız 115-ci pillədə qərarlaşıb. Ötən ayla müqayisədə 8 xal qazanan yığmamız 1 pillə irəliləyib.

Millimiz və “qonşuları”
110 (94). Benin – 289

111 (104). Botsvana - 285

112 (110). Sent-Vinsent və Qrenadin – 279

113 (149). Madaqaskar - 278

112 (112). Sent-Kitts və Nevis - 275

115 (116). AZƏRBAYCAN – 272

116 (118). Dominikan Respublikası - 256

117 (119). Niger – 251

118 (141). Fələstin – 242

119 (123). Zimbabve - 238

119 (112). Liviya – 238

İlk “onluq”da 2 dəyişiklik diqqət çəkir. Argentinanı keçib, 2-ci yerə yüksələn Belçika tarixinin ən yüksək nəticəsinə nail olub. 2 pillə irəliləyib “onluğ”a daxil olan Fransa eyni qədər geriləyən İsveçrəni ən güclülər sırasından kənarlaşdırıb.


İlk “onluq”

1 (1). Almaniya – 1775
2 (3). Belçika – 1509
3 (2). Argentina – 1496
4 (4). Kolumbiya – 1435
5 (5). Braziliya – 1392
6 (6). Hollandiya - 1378
7 (7). Portuqaliya – 1229

8 (8). Uruqvay – 1183

9 (11). Fransa - 1164

10 (10). İspaniya – 1147

Millimizin AVRO-2016-nın seçmə mərhələsindəki 5 rəqibindən yalnız İtaliyanın mövqeyi təxmini cədvəldə dəyişməz qalıb. Xorvatiya 1 pillə geriləyibsə, Norveç 6, Bolqarıstan 5, Malta 4 pillə “artırıb”.

AVRO-2016-nın seçmə mərhələsinin H qrupu

13 (13). İtaliya – 1101
18 (17). Xorvatiya – 992
62 (67). Bolqarıstan - 537
64 (70). Norveç - 528
145 (149). Malta – 154

Qeyd edək ki, qonşu Türkiyə yığması təxmini siyahıda hesabında olan 590 xalla 5 pillə geriləyib. “Ay-ulduzlular” burada 57-ci yerə yuvarlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR