Gəlinini və nəvəsini qətlə yetirən qadına hökm oxunub - VİDEO

Gəlinini və nəvəsini qətlə yetirən qadına hökm oxunub - <span style="color: red;">VİDEO
# 04 iyun 2015 11:45 (UTC +04:00)


APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə Ş. Hüseynova 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Suraxanı rayonu, Zığ bağları massivində 1974-cü il təvəllüdlü Şərqiyyə Hüseynova münaqişə zəminində gəlini, 1994-cü il təvəllüdlü Elnarə Nəcəfovanın başına bir neçə dəfə daşla vuraraq onu öldürüb. Qadın 6 aylıq nəvəsi Emilyanı da boğaraq qətlə yetirib.


Şərqiyyə Hüseynova Suraxanı rayonu, 30-cu polis bölməsi əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox adamı öldürmə) maddəsilə ittiham irəli sürülüb.

Ş. Hüseynova ilkin ifadəsində deyib ki, onu otağa salıb ağzını bağladıqlarına görə əsəbiləşərək, hadisəni törədib. Onun sözlərinə görə, Gürcüstana getmək istəyib, lakin oğlu və gəlini onu buraxmayıblar.

Məlumata görə, Şərqiyyə Hüseynova psixi problemlərinə görə dərman qəbul edib. Bu səbəbdən oğlu işə gedərkən həyat yoldaşına tapşırıb ki, anasının dərmanlarını versin, sonra da qapını bağlasın ki, heç yerə çıxıb getməsin. Çünki bundan əvvəl bir neçə dəfə çölə çıxaraq, qonşularla dalaşıb. Gəlin də həyat yoldaşının dediyi kimi eləyib. Qadın gəlini çağırıb, qapı açılanda Şərqiyyə Hüseynova qəfildən çölə çıxaraq, əlinə daş götürüb və Elnarə Nəcəfovaya hücum edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR