Azərbaycandan ötən il 54 nəfər xaricə aparılaraq insan alveri qurbanı kimi istismara məruz qalıb

Azərbaycandan ötən il 54 nəfər xaricə aparılaraq insan alveri qurbanı kimi istismara məruz qalıb
# 01 aprel 2015 08:06 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2014-cü il üzrə hesabatında bildirilir.

Eyni zamanda müəyyən olunub ki, 3 əcnəbi vətəndaş Azərbaycanda istismara məruz qalıb. Müəyyən olunan bu qurbanlardan 38-i sığınacağa yerləşdirilərək hər birinə zəruri yardım edilib, təhlükəsizlikləri təmin olunub. Bütövlükdə 54 qurbana birdəfəlik müavinət verilib, 40-na Kömək Fondu tərəfindən maddi yardım göstərilib, 24-ü işlə təmin olunub. 30-u isə peşə kursuna göndərilib. Həyata keçirilmiş profilaktik tədbirlərlə 34 qurban ailəsinə qayıdıb, sosial xidmətlə əhatə olunması üçün 36 qurban qeyri – hökumət təşkilatlarına istiqamətləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR