Müsavat Partiyasının Məclis üzvü: “Müsavat Partiyasında ardı-arası kəsilmədən Nizamnamə pozuntuları baş verməkdədir”

Müsavat Partiyasının Məclis üzvü: “Müsavat Partiyasında ardı-arası kəsilmədən Nizamnamə pozuntuları baş verməkdədir”
# 30 mart 2015 11:14 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Məclisinin üzvü, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının İdarə Heyətinin üzvü Məlahət Mürşüdlü deyib.

Qeyd edək ki, Müsavat Partiyası Məclisinin sədri Nüşabə Sadıqlı və Məclis üzvü Mustafa Hacıbəyli ADR-də təmsil olunan partiya üzvlərinin partiya və ADR arasında seçim etməli olduqlarını bildirib.

M. Mürşüdlü isə qeyd edib ki, hər bir insanın vətəndaş kimi haqq və hüquqları var: “Şəxsən mən müsavatçı və ADR-çi olmaqdan əvvəl bir vətəndaşam, hüquqlarım var. İkincisi, Müsavat Partiyasının Nizamnaməsində yazılmır ki, partiya üzvü hər hansı bir ictimai qurumda təmsil oluna bilməz. ADR-in də Nizamnaməsində yazılmayıb ki, bu qurumun üzvü siyasi partiyalarda təmsil oluna bilməz. Əgər vətəndaşın qüvvəsi, enerjisi, vaxtı bir neçə qurumda fəaliyyət göstərməyə imkan verirsə, bu qurumlarda təmsil olunmaq onun hüququdur və hüququ tapdalanmamalıdır. Seçim etməklə bağlı çağırış insan, vətəndaş hüquqlarının tapdanmasıdır. Tutaq ki, Ellada Məmmədli Müsavat Partiyası Qadınlar Birliyinin sədridir. Gəlin, Ellada Məmmədlinin həm partiya, həm də ADR-də fəaliyyətini araşdıraq. Bu fəaliyyətlərin biri digərinə mane olmur, hər iki qurumda yetərincə fəaldır. Ona görə də partiya üzvlərinin Müsavat Partiyası ilə ADR arasında seçim etməklə bağlı çağırışlar Nizamnamə pozuntusudur. Bu, birinci hal deyil, Müsavat Partiyasında ardı-arası kəsilmədən Nizamnamə pozuntuları baş verməkdədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR