Gəncədə avtobusdan düşən 5 yaşlı uşağı maşın vurub

Gəncədə avtobusdan düşən 5 yaşlı uşağı maşın vurub
# 17 iyun 2016 16:48 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncə şəhərində azyaşlının xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın qərb bürosunun xəbərinə görə, hadisə şəhərin 5-ci mikrorayonu ərazisində qeydə alınıb. Həmin ərazidə yaşayan 2011-ci il təvəllüdlü Yusif Səməd oğlu Məmmədov anası ilə birgə mikroavtobusdan düşərkən sürətlə gələn avtomobil tərəfindən vurulub. Uşaq Gəncə şəhər Təcili və təxirəsalınmaz yardım Xəstəxanasına yerləşdirilib.

Kəllə-beyin travması alan azyaşlının vəziyyəti orta-ağır qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR