Elman Mehdiyev: “Apreldə özəl pensiya fondlarının yaradılması ilə bağlı qanun layihəsinin müzakirəsinə başlanacaq”

Elman Mehdiyev: “Apreldə  özəl pensiya fondlarının yaradılması ilə bağlı qanun layihəsinin müzakirəsinə başlanacaq”
# 18 mart 2015 14:34 (UTC +04:00)

İmişli. Əlibəy Zeynallı-APA. “Özəl pensiya fondlarının yaradılması nəticəsində dövlət pensiya təminatı sistemi ilə paralel olaraq özəl pensiya təminatı əsasında vətəndaşlar əlavə pensiya əldə etmək imkanları qazanacaq”.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev deyib. Onun sözlərinə görə, DSMF-nin Avropa İttifaqı ilə birgə layihəsi cari ilin noyabr ayında yekunlaşacaq. “Həmin layihə dövlət pensiya təminatı sisteminin yığım komponentinin tətbiqi və qeyri-dövlət pensiya sisteminin Azərbaycanda formalaşdırılmasının təkmil qanunvericilik bazasının ortaya qoyulmasını hədəfləyir. Artıq qanunvericiliyin ilkin konturları ekspertlər tərəfindən hazırlanıb və aprel ayında avropalı ekspertlər qanunun çərçivə layihəsini ictimaiyyətin müzakirəsinə təqdim edəcəklər. Qəbul ediləcək qanunvericilik layihəsi özəl pensiya fondlarının təşkili üçün fərdi hesablara əsaslanan könüllü sosial sığortalanma mexanizminin yaradılmasını nəzərdə tutur. Burda könüllü sosial sığorta prinsipləri əsasında fərdi hesablara yatırılacaq real pensiya kapitallarının toplanması, bu kapitalın maliyyə bazarlarına yerləşdirilməsi və yerləşdirilməsi üzərində dövlət nəzarəti məsələləri öz əksini tapacaq. Eyni zamanda, könüllü sosial sığortalama əsasında həm dövlət pensiya təminatı sisteminin yığım pensiyalarının hesablanması, həm də özəl pensiyaların hesablanması mexanizmləri ortada olacaq. Hesab edirəm ki, bu sahədə qanunvericilik tətbiq edildikdən sonra dövlət pensiya təminatı sistemi ilə paralel olaraq özəl pensiya təminatı əsasında vətəndaşlar əlavə pensiya əldə etmək imkanları qazanacaqlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR