Belarusda azərbaycanlı dirijorun rəhbərliyi ilə "Traviata" operasının premyerası keçirilib

Belarusda azərbaycanlı dirijorun rəhbərliyi ilə "Traviata" operasının premyerası keçirilib
# 17 noyabr 2014 16:45 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Belarus Dövlət Akademik Böyük Opera və Balet Teatrında dirijor Əyyub Quliyevin rəhbərliyi ilə Cüzeppe Verdinin "Traviata" operasının premyerası keçirilib.

Bu barədə APA-ya açıqlama verən Ə. Quliyev bildirib ki, səhnə əsərində baş rolları Belarus Dövlət Opera Teatrının solistləri Tatyana Qavrilina (Violetta), Pavel Petrov (Alfredo), Belarusun xalq artisti Vasili Kovalçuk (Baron), İlya Selçukov (Jorj Jermon) və Kriskentina Staçenko (Flora) ifa ediblər.

Tamaşanın quruluşçu rejissoru Susanna Siryuk, quruluşçu rəssamı Lüdmila Qonçarova, kostyum üzrə rəssamı Eleonora Qriqoryuk, baş xoreoqrafı isə Belarusun xalq artisti Nina Lomanoviçdir.

Ə. Quliyev bildirib ki, maraqla qarşılanan və anşlaqla keçən tamaşa dinləyicilər və musiqi tənqidçiləri tərəfindən yüksək qiymətləndirilib.

Belarus Dövlət Opera Teatrının direktoru Vladimir Qridyuşko isə qeyd edib ki, iki ölkənin opera teatrları arasında münasibətlərin müsbət inkişafında bu layihənin xüsusi önəmi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR