Azərbaycanda azyaşlılara və yeniyetmələrə qarşı seksual zorakılıqla bağlı cəzalar sərtləşdirilib

Azərbaycanda azyaşlılara və yeniyetmələrə qarşı seksual zorakılıqla bağlı cəzalar sərtləşdirilib
# 29 may 2015 11:20 (UTC +04:00)

APA-nın xəbərinə görə, dəyişikliklərlə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüsenli məlumat verib.

Miqrasiya Məcəlləsinə edilən dəyişikliyə əsasən xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilə bağlanmış olduğu halda, Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsindən də vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd kimi istifadə oluna bilər. Məcəlləyə edilən digər dəyişikliyə əsasən qaçqın statusu verilməsindən imtina edildikdə Azərbaycanda əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin yaşaması və məskunlaşmasına qadağa qoyulur.

Cinayət Məcəlləsinə edilən dəyişikliklərə gəlincə, bu dəyişikliklərdən biri “Güclü təsir edən maddələr, zəhərli maddələr və onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” qanunun qəbul edilməsini nəzərdə tutur. Cinayət Məcəlləsinin 151, 152 və 153-cü maddələrinə əlavə və dəyişikliklərdə 14 yaşına çatmayan şəxslərlə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər, seksual hərəkətlərə məcbur etmə, o cümlədən əxlaqsız hərəkətlər etmə ilə bağlı şərtlər dəyişdirilir, cəzalar xeyli ağırlaşdırılır. Cinayət Məcəlləsinə əlavə edilən 171.2.3 maddəsi isə Azərbaycanda yetkinlik yaşına çatmayanları fahişəliyə və əxlaqsız əməllərə cəlb edən valideyn, qəyyum və müəllimlərlə bağlı ayrıca cəzalar müəyyənləşdirilməsini nəzərdə tutur.

Qanun layihələri səsverməyə çıxarılaraq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR