Paşha Bank
Bank Of Baku

Dövlət başçısı: Azərbaycan-Türkiyə birliyini sarsıtmaq istəyənlər heç vaxt arzularına çatmayacaq

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 08 noyabr 2026 16:03 (UTC +04:00)

“Türkiyə və Azərbaycan qardaş xalqlardır. Şuşa Bəyannaməsi bu tarixi, mədəni əlaqələri rəsmi çərçivəyə salıb”.

APA-nın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatlarında deyib.

"44 günlük Vətən müharibəsi Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi. 7 ay sonra Şuşada tarixi Şuşa Bəyannaməsi imzalandı. Bu, bizim əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırıb. Halbuki biz hər zaman müttəfiq idik. Türkiyə və Azərbaycan qardaş xalqlardır. Dəfələrlə demişəm ki, dünyada bizim qədər bir-birinə bağlı olan xalqlar da yoxdur, dövlətlər də yoxdur. Bu, bizim böyük sərvətimizdir. Şuşa Bəyannaməsi sadəcə bu tarixi, mədəni əlaqələri rəsmi çərçivəyə salıb. Bizi birləşdirən ortaq tariximiz, etnik köklərimiz, dilimiz, ədəbiyyatımız və mənəvi dəyərlərimizdir. Bu, böyük sərvətdir. Bu sərvət və güclü təməl üzərində bu gün dövlətlərarası münasibətlər də inkişaf edir. Bizim birliyimiz, qardaşlığımız sarsılmazdır. Bunu sarsıtmaq istəyənlər isə heç vaxt arzularına çatmayacaqlar. Onların arzuları gözlərində qalacaq. Biz – iki xalq, ilk növbədə, iki lider bu sərvəti qoruyuruq. Heç kimə imkan vermərik ki, bizim aramıza girsin, yaxud da öz şəxsi maraqları naminə birliyimizə, qardaşlığımıza və həmrəyliyimizə kölgə salsın", - deyə dövlət başçısı qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR