Balakən və Zaqataladakı bəzi məntəqələrdə “exit-poll” keçirilir - FOTO

Balakən və Zaqataladakı bəzi məntəqələrdə “exit-poll” keçirilir - <span style="color: red;">FOTO
# 01 noyabr 2015 07:55 (UTC +04:00)

Balakən-Zaqatala. Vüqar Heydərov - APA. 109 saylı Balakən və 111 saylı Zaqatala-Balakən seçki dairələri üzrə 4 məntəqədə “exit poll” keçirilir.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, 109 saylı Balakən Seçki Dairəsində 39 seçki məntəqəsi üzrə 43 171 nəfər seçici var. Onlardan 726 nəfəri seçkilərdə ilk dəfə səs verəcək. Dairənin 8 məntəqəsində veb-kamera quraşdırılıb. Dairə üzrə 412 yerli müşahidəçi seçki prosesini izləyir. Dairənin 2 məntəqəsində “ELS” Müstəqil Araşdırmalar Mərkəzi tərəfindən “exit poll” keçirilir.

111 saylı Zaqatala-Balakən Seçki Dairəsində 44 seçki məntəqəsi üzrə (məntəqələrdən 29-u Zaqatalada, 15-i isə Balakəndə yerləşir) 45 979 nəfər seçici mövcuddur. Onlardan 361 nəfəri ilk dəfə səs verəcək. Dairənin 10 məntəqəsində veb-kamera quraşdırılıb. Dairə üzrə 520 yerli müşahidəçi seçki prosesini izləyir. Dairənin iki məntəqəsində “ELS” Müstəqil Araşdırmalar Mərkəzi tərəfindən “exit poll” keçirilir. DSK-da MDB müşahidə missiyasının Qazaxıstan Respublikasından olan nümayəndəsi seçkiləri üzləyir.

Qeyd edək ki, 109 saylı Balakən DSK-da 7 nəfər, 111 saylı saylı Zaqatala-Balakən DSK-da 6 nəfər deputatlığa namizəd kimi qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR