APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, Rusiya güc strukturlarından mənbə bildirib ki, qəza zamanı təyyarədə olan 7 ekipaj üzvünün hamısı təyyarənin göyərtəsini tərk etməyə müvəffəq olub.
Təyyarənin düşdüyü ərazini müəyyən etmək üçün An-12 patrul təyyarəsi axtarış aparır.
Xatırladaq ki, bu, son 40 gün ərzində Rusiyanın qəzaya uğrayan 6-cı hərbi təyyarəsidir.