Bank Of Baku

Paytaxtda 56 yaşlı kişiyə bıçaq xəsarəti yetirilib

Paytaxtda 56 yaşlı kişiyə bıçaq xəsarəti yetirilib
# 11 aprel 2019 04:11 (UTC +04:00)

Bakının Qaradağ rayonunda 56 yaşlı kişi bıçaqlanıb.

ONA-nın verdiyi xəbərə görə, hadisə Qızıldaş qəsəbəsində baş verib.

56 yaşlı İbrahimov Sabir İbrahim oğlu tanımadığı şəxslə mübahisə edib. Mübahisə zamanı o, qarın nahiyəsindən bıçaq xəsarəti alıb. Yaralı təcili tibbi yardım vasitəsilə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Fakt polis tərəfindən araşdırılır.

Nurlan Əli

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR