Separatçı Dağlıq Qarabağ rejiminin “apellyasiya məhkəməsi” azərbaycanlı girovlara martın 10-da qərar çıxaracaq - YENİLƏNİB

Separatçı Dağlıq Qarabağ rejiminin “apellyasiya məhkəməsi” azərbaycanlı girovlara martın 10-da qərar çıxaracaq - <span style="color: red;">YENİLƏNİB
# 26 fevral 2015 10:25 (UTC +04:00)

APA-nın məlumatına görə, apelyasiya şikayəti üzrə “iclas” bu gün keçirilib. Azərbaycanlı girovlar və onlar üçün təyin olunmuş “vəkillər” şikayətlərini təqdim ediblər.

Qeyd edək ki, ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər.

Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

Separatçı Dağlıq Qarabağ rejiminin “məhkəməsi” ötən il dekabrın 19-da D. Əsgərovun ömürlük, Ş. Quliyevin isə 22 il müddətinə azadlıq məhrum edilməsi barədə “hökm” çıxarıb.

***

saat 11.04

Bakı. Məlahət Nəcəfova - APA. Bu gün Azərbaycanın işğal olunmuş ərazilərindəki separatçı rejimin “məhkəməsi” azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin işi üzrə apelyasiya şikayətinə baxır.

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, iclasda girovlar D.Əsgərov və Ş.Quliyev, həmçinin onlara vəkil kimi təyin olunmuş Erik Beqlaryan və Arkadi İsraelyan iştirak edir.

“Məhkəmə”də azərbaycanlıların rus dili tərcüməçisi ilə təmin olunacağı bildirilib.

Qeyd edək ki, ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə doğmalarının məzarlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Onlarla birlikdə olan digər Azərbaycan vətəndaşı, Cəbrayıl rayonundan məcburi köçkün Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşmən tərəfdən alınaraq Bakıda dəfn edilib.

Separatçı Dağlıq Qarabağ rejiminin “məhkəməsi” ötən il dekabrın 19-da D.Əsgərovun ömürlük, Ş.Quliyevin isə 22 il müddətinə azadlıq məhrum edilməsi barədə “hökm” çıxarıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR