Sabiq polis əməkdaşını qətlə yetirməkdə təqsirləndirilən şəxsin apellyasiya şikayəti əsasında məhkəmə başlayıb

Sabiq polis əməkdaşını qətlə yetirməkdə təqsirləndirilən şəxsin apellyasiya şikayəti əsasında məhkəmə başlayıb
# 06 aprel 2015 08:55 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən 17 yaşlı Vüqar Yunisovun apellyasiya şikayəti əsasında məhkəmə prosesi başlayıb.

APA-nın xəbərinə görə, ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatı dəqiqləşdirilib. Prosesin baxış iclası aprelin 10-na təyin edilib.

Qeyd edək ki, ötən il mayın 6-da 1951-ci il təvəllüdlü Əhmədov Vahid Cəbrayıl oğlunun Bakı şəhərinin Yasamal rayonunda kirayədə yaşadığı evdə çoxsaylı kəsilmiş-deşilmiş xəsarətləri olan meyiti aşkar edilib. Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cinayəti törətmiş şəxsin, hadisənin şahidlərinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Nəticədə cinayətin 1997-ci il təvəllüdlü Yunusov Vüqar Rəşid oğlu tərəfindən törədildiyi müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb. Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V. Yunisov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Onu da qeyd edək ki, öldürülən V. Əhmədov sabiq polis əməkdaşı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR