Xalası oğlunu öldürməyə cəhddə təqsirləndirilən 17 yaşlı qız Ali Məhkəməyə müraciət edib

Xalası oğlunu öldürməyə cəhddə təqsirləndirilən 17 yaşlı qız Ali Məhkəməyə müraciət edib
# 05 oktyabr 2015 07:39 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda xalasını oğlunu öldürməyə cəhddə təqsirləndirilən 17 yaşlı Nərminə Şıxıyeva Ali Məhkəməyə müraciət edib.

APA-nın məlumatına görə, onun kassasiya şikayətinə oktyabrın 7-də baxılacaq.

Qeyd edək ki, Masallı rayon sakini, 1998-ci il təvəllüdlü Nərminə Şıxıyeva xalası oğlu 2006-cı il təvəllüdlü Həsən Mahir oğlu Vəliyevi bıçaqlayıb. Nərminə xalaoğlusuna çay kənarında 10 bıçaq zərbəsi vurub.

Hadisəni törətmiş Nərminə Şıxıyeva yaxalanaraq istintaq orqanlarına təhvil verilib. Araşdırmalar zamanı məlum olub ki, gənc qadın xalası oğlunu intiqam məqsədilə vurub.

Belə ki, bir müddət əvvəl Nərminə Şıxıyeva digər xalasının oğlu tərəfindən qaçırılıb. Onların yerini bilən Həsən Vəliyevin anası bu barədə polisə məlumat verib. Polis də, Nərminəni qaçıran oğlanı tutub. Bundan əsəbləşən Nərminə Şıxıyeva xalasının evinə gələrək onunla dalaşıb. Bu zaman Həsən Vəliyev qapıya çıxıb. Nərminə də Həsəni götürüb və çay kənarına aparıb, orada onu bıçaqlayıb.


Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N. Şıxıyeva 5 il 7 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsi isə onun cəzanın yüngülləşdirilməsi barədə olan apellyasiya şikayətini təmin etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR