Baş prokuror Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək

Baş prokuror Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək
# 11 mart 2015 08:30 (UTC +04:00)


Bakı. Fuad Cəfərov – APA. Baş prokuror Zakir Qaralov Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbul martın 30-da saat 11:00-də Biləsuvar rayon Prokurorluğunun inzibati binasında keçiriləcək. Qəbulda Biləsuvar, Cəbrayıl, İmişli, Cəlilabad və Neftçala rayonlarında yaşayan vətəndaşlar iştirak edəcəklər.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Biləsuvar şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR