Ziya Məmmədov Ucarda vətəndaşları qəbul edəcək

Ziya Məmmədov Ucarda vətəndaşları qəbul edəcək
# 22 iyul 2014 08:59 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Nəqliyyat naziri Ziya Məmmədov iyulun 25-də Ucar şəhərində Göyçay, Ağdaş, Zərdab və Ucar rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Nazirlikdən “APA-Economics”ə daxil olan məlumata görə, vətəndaşların qəbulu onların müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədilə keçirilir.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı iyulun 23-də saat 09:00-dan 18:00-dək müvafiq olaraq aşağıdakı ünvanlarda aparılacaq:

Ucar “31 saylı Yol İstismarı İdarəsi” (Ucar şəhəri, 29-cu məhəllə);

Göyçay “13 saylı Yol İstismarı İdarəsi” (Göyçay şəhəri, X.B.Natəvan küçəsi-10 (Göyçay körpüsünün yanı));

Ağdaş “14 saylı Yol İstismarı İdarəsi” (Ağdaş rayonu, Yuxarı Qəsil kəndi);

Zərdab “32 saylı Yol İstismarı İdarəsi” (Zərdab rayonu, Əlvənd magistral yolunun 3-cü km).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR