Sumqayıt sakinindən odlu silah və narkotik vasitə götürülüb

Sumqayıt sakinindən odlu silah və narkotik vasitə götürülüb
# 27 oktyabr 2015 10:18 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Sumqayıt şəhər sakinindən odlu silah və narkotik vasitə götürülüb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, 3-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Elbrus Məmmədovdan “Naqan” markalı tapança, 3 ədəd patron və 0,09 qram heroin götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR