ABŞ-da yaşayış binasında partlayış olub, ölən və yaralananlar var

ABŞ-da yaşayış binasında partlayış olub, ölən və yaralananlar var
# 11 noyabr 2015 18:23 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Elizabet şəhərində (Nyu-Cersi ştatı) yaşayış binasında partlayış baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, nəticədə 1 nəfər ölüb, 12 nəfər xəsarət alıb.

Yaralılardan 2 nəfərin vəziyyəti kritikdir. İnsident yaşayış evinin 2-ci mərtəbəsində qeydə alınıb.

Hadisənin başvermə səbəbləri hələ ki, məlum deyil. Faktla bağlı araşdırmalara başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR