Göyçayda avtomobil qəzasında xəsarət alan 4 nəfərin kimliyi məlum olub - FOTO - YENİLƏNİB - VİDEO

Göyçayda avtomobil qəzasında xəsarət alan 4 nəfərin kimliyi məlum olub - <span style="color: red;">FOTO  - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 29 sentyabr 2015 14:48 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Göyçay rayonunda baş verən avtomobil qəzası zaman xəsarət alan 4 nəfərin adları məlum olub. Göyçay Mərkəzi Rayon Xəstəxanasından APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə zamanı rayon sakinləri - 1998-ci il təvəllüdlü Qasımova Aygül Rayus qızı, 1960-cı il təvəllüdlü Mikayılov Şiraslan Arif oğlu, 1957-ci il təvəllüdlü Qasımov Rayus Cəmaləddin oğlu və 1963-cü il təvəllüdlü Qasımova Gülbəniz Ağababa qızı ağır xəsarət alıb. Yaralılar təcili və təxirəsalınmaz tibbi yardım maşınları ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, bu gün saat 16:00 radələrində Göyçay şəhərinin Mehdi Hüseynzadə küçəsində 10-CV-605 dövlət nömrə nişanlı, “VAZ 21099” və 62-BB-913 dövlət nömrə nişanlı, “NİVA” markalı minik avtomobilləri toqquşub.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

***

16:25

Göyçay. Elvin Yaqubov - APA. Göyçay rayonunda ağır avtomobil qəzası baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 16:00 radələrində Göyçay şəhərinin Mehdi Hüseynzadə küçəsində qeydə alınıb. 10-CV-605 dövlət nömrə nişanlı, “VAZ 21099” və 62-BB-913 dövlət nömrə nişanlı, “NİVA” markalı minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər ağır xəsarət alıb. Yaralılar təcili və təxirəsalınmaz tibbi yardım maşını ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəsarət alanların adları hələ ki, məlum deyil.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR