Dövlət Miqrasiya Xidmətinin rəisi Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru ilə görüşüb
# 28 oktyabr 2015 11:54 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Cenevrə şəhərində Beynəlxalq Miqrasiya Təşkilatının miqrasiya üzrə beynəlxalq dialoq çərçivəsində “Miqrantlar və şəhərlər” mövzusunda keçirilən beynəlxalq konfransında iştirak edən Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Uilyam Leysi Sinqlə görüşüb.

Dövlət Miqrasiya Xidmətindən APA-ya verilən məlumata görə, görüşdə BMqT ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti arasında qarşılıqlı əməkdaşlığın indiki vəziyyəti və perspektivləri müzakirə olunub. Baş direktor bu ilin sentyabrında Azərbaycana səfəri zamanı prezident İlham Əliyevlə görüşünü məmnunluqla xatırlayıb, Azərbaycanla bağlı xoş təəssüratlarını bölüşüb. U. L. Sinq Azərbaycanda miqrasiya sahəsində formalaşdırılmış innovativ işlərlə bağlı gördüklərini keçirdiyi çoxsaylı görüşlərdə dünya ölkələri üçün yaxşı nümunə kimi qeyd etdiyini vurğulayıb.

Xidmət rəisi Firudin Nəbiyev xoş sözlərə görə Uilyam Leysi Sinqə təşəkkürünü bildirib. O, Dövlət Miqrasiya Xidmətinin bu əməkdaşlığa çox böyük önəm verdiyini bildirib.

Sonra qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR