Türkiyədə ABŞ və müttəfiqləri üçün İncirlik Hərbi Hava Bazasını yenidən açıb

Türkiyədə ABŞ və müttəfiqləri üçün İncirlik Hərbi Hava Bazasını yenidən açıb
# 17 iyul 2016 15:53 (UTC +04:00)

Bakı-APA. ABŞ hərbi aviasiyası bu gün yenidən Türkiyədəki İncirlik Hərbi Hava Bazasından Suriyadakı İŞİD terror təşkilatının mövqelərinə zərbə endirməyə başlayıb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Pentaqonun rəsmi nümayəndəsi Piter Kuka bildirib.

P. Kuka deyib ki, türkiyəli tərəfdaşları ilə sıx əlaqələrdən sonra koalisiya təyyarələri Türkiyədəki hərbi hava bazasından uçuşlara başlayıb.

Xatırladaq ki, şənbə günü Türkiyə İncirlik Hərbi Hava Bazasını bağlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR