Netanyahu İranla bağlı Obamaya narazılığını bildirib

Netanyahu İranla bağlı Obamaya narazılığını bildirib
# 14 iyul 2015 19:40 (UTC +04:00)

Bakı-APA. İsrailin baş naziri Benyamin Netanyahu və ABŞ prezidenti Barak Obama arasında telefon danışığı olub.

APA-nın məlumatına görə, bu barədə “Haaretz” yazır.

Söhbət zamanı Benyamin Netanyahu bildirib ki, İranın nüvə proqramı ilə bağlı razılaşma İsrailin və bütün dünyanın təhlükəsizliyinə təhdiddir.

“Saziş İrana ən uzağı 10-15 il ərzində nüvə silahını əldə etməyə imkan verəcək. Digər təhdid İran hərbi maşınının beynəlxalq terrorizmə sponsorluq etməsidir”, deyə B. Netanyahu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR