Lənkəranda iki qardaş bıçaqlanıb

Lənkəranda iki qardaş bıçaqlanıb
# 09 iyul 2015 23:43 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, hadisə şəhərin Füzuli küçəsində baş verib. Adı hələlik açıqlanmayan şəxs şəxsi münasibətlər zəminində iki qardaşa – 24 yaşlı Valeh və 22 yaşlı Elman Fərman oğlu Şirinovlara bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Hadisəni törətmiş şəxsin yaxalanaraq istintaqa cəlb olunduğu və faktla bağlı müvafiq araşdırmaların aparıldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR