Tacikistanda 3 rus hərbçisi çayda batıb

Tacikistanda 3 rus hərbçisi çayda batıb
# 30 iyun 2015 20:35 (UTC +04:00)

Bakı-APA. Tacikistanda 3 rus hərbçisi çayda boğulub.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, ölənlər Tacikistanda yerləşən Rusiyaya məxsus 201-ci hərbi bazasında xidmət edirmişlər.

“Rusiyaya məxsus hərbi bazanın üç hərbçisi Kurqan-Tübe şəhəri yaxınlığında, Vaxş çayında çimərkən boğulub”, Tacikistan DİN-in məlumatında deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR