Kürdəmir sakini həmyerlisini bıçaqlayıb

Kürdəmir sakini həmyerlisini bıçaqlayıb
# 23 aprel 2015 10:30 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Kürdəmirdə bıçaqlanma hadisəsi baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 22-də Kürdəmir rayonunun Qağacılı kənd sakini Zaur Abdurahmanov qısqanclıq zəminində həmkəndlisi Dəyanət Xəlilova bıçaqla xəsarət yetirib.

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Z. Abdurahmanov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR