Qaxda lisenziyasız fəaliyyət göstərən baytarlıq apteki aşkarlanıb - FOTO

Qaxda lisenziyasız fəaliyyət göstərən baytarlıq apteki aşkarlanıb - <span style="color: red;">FOTO
# 23 aprel 2015 07:26 (UTC +04:00)

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən Qax rayonunda fəaliyyət göstərən baytarlıq apteklərində monitorinq keçirilib. Monitorinqin keçirilməsində əsas məqsəd lisenziya olmadan fəaliyyət göstərən baytarlıq apteklərinin aşkarlanması, apteklərdə qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyatdan keçməyən, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, saxta, keyfiyyətsiz baytarlıq preparatlarının, yem və yem əlavələrinin satışının qarşısını almaqdır.

Monitorinq zamanı Qax rayonunda fiziki şəxsə məxsus aptekə verilmiş lisenziyanın müddətinin bir neçə ay əvvəl başa çatması və qanunsuz fəaliyyət göstərdiyi bəlli olub. Aptekdə həmçinin mənşəyi məlum olmayan, keyfiyyətsiz baytarlıq preparatlarının satışının qarşısı alınıb. Lisenziyasız fəaliyyət göstərən baytarlıq aptekinin fəaliyyəti müvəqqəti dayandırılaraq möhürlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR