Prezident İlham Əliyev “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” Qanunun tətbiqi haqqında fərman imzalayıb

Prezident İlham Əliyev “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”  Qanunda dəyişikliklər edilməsi barədə” Qanunun tətbiqi haqqında fərman imzalayıb
# 20 oktyabr 2014 20:43 (UTC +04:00)

APA-nın məlumatına görə, qanunda qeyd olunub ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 8, maddə 520; 2004, № 5, maddə 314; 2005, № 2, maddə 62; 2006, № 6, maddə 486, № 8, maddə 657, № 11, maddə 923; 2007, № 11, maddə 1082; 2008, № 5, maddə 348, № 6, maddə 462, № 11, maddə 958, № 12, maddə 1048; 2011, № 12, maddə 1077; 2012, № 6, maddə 507) 9.1-ci maddəsində “torpağın ayrılması” sözlərindən sonra “, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi” sözləri əlavə edilsin.

Azərbaycan prezidenti İlham Əliyev “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” 2014-cü il 30 sentyabr tarixli 1051-IVQD nömrəli Qanunun tətbiqi haqqında fərman imzalayıb.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb ki, Azərbaycan qanunlarının və Azərbaycan prezidentinin aktlarının “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan prezidentinə məlumat versin;

Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan prezidentinə məlumat versin;

Həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

Müəyyən edilsin ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi məqsədi ilə bələdiyyə mülkiyyətində olan torpaqların dövlətin mülkiyyətinə və ya icarəsinə verilməsi ilə bağlı alğı-satqı və ya icarə müqavilələrinin bağlanmasını Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilən orqan həyata keçirir.

Azərbaycan Ədliyyə Nazirliyinə tapşırılıb ki, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanununda dəyişikliklər edilməsi barədə” Qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Nazirlər Kabinetinə məlumat versin.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR