“Nar” Avropa Oyunlarına dəstək məqsədilə yeni çarx hazırlayıb

“Nar” Avropa Oyunlarına dəstək məqsədilə yeni çarx hazırlayıb
# 04 iyun 2015 14:01 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Bakı-2015” I Avropa Oyunlarının rəsmi tərəfdaşı və telekommunikasiya təminatçısı olan “Nar” mobil operatoru ilk dəfə keçiriləcək bu mötəbər yarışa dəstək məqsədilə yeni reklam çarxını təqdim edib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, reklam çarxı iki qardaşın hekayəsini önə çəkir və məsafədən asılı olmayaraq, sevdiklərinin yardımı ilə insanın bir çox şeyə nail ola biləcəyindən bəhs edir. “Bağlandıqca daha güclüyük” çarxın mesajıdır.

Çarxı “Nar” operatorunun rəsmi “facebook” səhifəsində izləmək olar (https://www.facebook.com/narmobile/posts/983645124993041)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR