Cibgirlikdə təqsirləndirilən ailənin cinayət işi ibtidai istintaqa qaytarılıb

 Cibgirlikdə təqsirləndirilən ailənin cinayət işi ibtidai istintaqa qaytarılıb
# 06 iyul 2015 09:16 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində cibgirliklə məşğul olmaqda təqsirləndirilən Rəhilə İsmayılova, onun ailə üzvləri - Məleykə Şamilova, Nətavan Şamilova, Mətanət Şamilova və Məcid Şamilovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

APA-nın xəbərinə görə, iclasda cinayət işinin yenidən ibtidai istintaqa qaytarılması barədə qərar qəbul edilib. Hakimlər bildirib ki, ittiham aktı düzgün hazırlanmayıb.

Qeyd edək ki, ittiham aktına görə, təqsirləndirilən şəxslərin üzərilərinə baxış keçirilərkən Məcid Şamilovdan 3,75 qram, Rəhilə İsmayılovadan isə 3,93 qram həşiş qətranı aşkar olunaraq götürülüb. Araşdırmalar zamanı məlum olub ki, onlar avtobusda Gülüzə Abışovanın içərisində 40 manat və 6 ədəd bankomat kartı olan pul kisəsini əl çantasından oğurlayıblar. Təqsirləndirilən Rahilə İsmayılova Sumqayıt və Bakıda çoxsaylı oğurluq və cibgirlik əməllərində şübhəli bilinir. O, kriminal aləmdə “Qara Rahilə” kimi tanınır.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR