® “Səba» toyuq ətini daha qənaətcil qiymət və formada təqdim edir

<font color=red>® </font>“Səba» toyuq ətini daha qənaətcil qiymət və formada təqdim edir
# 14 mart 2015 09:39 (UTC +04:00)

Təzə toyuq ətinin 1 kiloqramı 2 manat 30 qəpiyə! Səba-nın keyfiyyətini dəyişməyən təzə toyuq əti istehlakçılara açıq formada təqdim olunacaq. Səba toyuqlarını marketlərdə tanımaq heç kəs üçün çətin olmayacaq – Azərbaycanın halal dövlət standartı nişanını üzərində daşımağa hüququ olan yeganə toyuq istehsalçısı kimi Səba bu məhsulunun üzərinə yalnız halal nişanı vurmaqla kifayətlənib. Məhsul martın 16-dan marketlərdə olacaq. Bu da təsadüfi deyil – Səba hər bir azərbaycanlının inanclarla dolu ilaxır çərşənbəni və milli bayramımız olan Novruzu bol süfrə ilə qarşılaması istəyindədir. Amma məhsul təkcə bayram üçün buraxılmayıb. Yeni məhsul Novruzdan sonra da eyni qiymətlə marketlərdə alıcılara təqdim ediləcək.

Qeyd edək ki, məhsullarının yüksək keyfiyyətinə zəmanət verən Səba quşçuluq fabrikinin qapılarını martın 1-dən ictimaiyyətə açıq elan edib. İndiyədək Şabrandakı Səba quşçuluq fabrikindəki istehsal prosesini öz gözləri ilə görmək üçün 200-ə yaxın adam müraciət edib və müəssisədə qonaq olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR