Çempionlar Liqasında yeni mövsümün bütün iştirakçıları müəyyənləşib

Çempionlar Liqasında yeni mövsümün bütün iştirakçıları müəyyənləşib
# 13 may 2015 15:01 (UTC +04:00)

Bakı – APA. Qadın voleybolçular arasında Çempionlar Liqasının 2015/2016 mövsümündə iştirak edəcək bütün komandalar müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yeni mövsümün ən nüfuzlu klub turnirinə 2-si “wild card”la olmaqla, 24 klub qatılacaq.

Çempionlar Liqasında bu dəfə Türkiyə və Rusiya 3, Fransa, Azərbaycan, Polşa, Almaniya, İtaliya 2, Rumıniya, İsveçrə, Çexiya, Serbiya, Belçika və Sloveniya 1 komanda ilə təmsil olunmaq hüququna malikdi.

2015/2016 mövsümü üçün Azərbaycan Super Liqasının dəyişməz çempionu “Rabitə” və gümüş medalçı “Lokomotiv”in adı ilkin siyahıya salınıb. Həmçinin, ölkəmiz 3 klubla yarışa qatıla biləcəyindən “Azəryol”un da bu turnirə qoşulacağı istisna edilmir.

Çempionlar Liqasının 2015/2016 mövsümünün bütün iştirakçıları

“Fənərbaxça” (Türkiyə)

“Vakıfbank” (Türkiyə)

“Əczaçıbaşı” (Türkiyə)

“Dinamo” (Kazan, Rusiya)

“Dinamo” (Moskva, Rusiya)

“Uraloçka” (Rusiya)

“Novara” (İtaliya)

“Kasalmaqqiore” (İtaliya)

“Rabitə” (Azərbaycan)

“Lokomotiv” (Azərbaycan)

“Kann” (Fransa)

“Le Kannet” (Fransa)

“Ximik” (Polşa)

“Atom” (Polşa)

“Dresdner” (Almaniya)

“Stutqart” (Almaniya)

“Alba” (Rumıniya)

“Volero” (İsveçrə)

“Agel” (Çexiya)

“Partizan” (Serbiya)

“Asteriks” (Belçika)

“Kalsit” (Sloveniya)

Wild Card: 2

Qeyd edək ki, mayın 20-dək CEV kuboku və “Çelenc Cup” iştirakçıları da sifariş ərizələrini təqdim etməlidilər. Avrokubokların püşkatmasının isə iyulun əvvəlində olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR