Azərbaycanlı idmançı erməni rəqibini nokauta salıb

Azərbaycanlı idmançı erməni rəqibini nokauta salıb
# 23 mart 2015 15:00 (UTC +04:00)

Bakı – APA. Gürcüstanın paytaxtı Tiflisdə peşəkar kikboksinqin K-1 versiyasi üzrə Dünya Kuboku uğrunda döyüşlər keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi yarışa 3 idmançı ilə qatılıb.

Ölkəmizi Dünya Kubokunda Nicat Nəcəfzadə (45 kq), Nicat Vəliyev (75 kq) və Xəyal Əhmədov (86 kq) təmsil edib. Kikboksçularımızın hər üçü döyüşlərini qələbəylə başa vurub.

Yarışda Əhmədovun qələbəsi isə xüsusi qeyd olunmalıdı. Erməni idmançı Qoçaryanla qarşılaşan Xəyal rəqibini bütün komponentlərdə üstələyərək parlaq qələbə qazanıb. Erməni kikboksçu Əhmədovun zərbələri önündə 2-ci raundun ortalarına qədər davam gətirə bilib. Rəqibini nokauta salan həmyerlimiz Dünya Kubokuna sahib çıxmaqla, azarkeşlərinə özünəməxsus Novruz bayramı hədiyyəsi edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR