Bakıda 37 yaşlı kişi özünü yandıraraq intihara cəhd edib - FOTO - VİDEO

Bakıda 37 yaşlı kişi özünü yandıraraq intihara cəhd edib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 18 oktyabr 2014 04:02 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə qəsəbənin 20 Yanvar küçəsi, ev 30 ünvanında da qeydə alınıb.

37 yaşlı Lökbatan qəsəbəsinin sakini Qüdrət Mahmudov evə içkili gələrək həyat yoldaşı Cəmalə Mahmudova ilə mübahisə etməyə başlayıb. Daha sonra içkinin təsirindən Qüdrət evdəki benzini üstünə tökərək özünü yandırıb. Səs-küyə gələn qonşular çətinliklə olsa da Qüdrət Mahmudovun üstünə su tökərək yanğını söndürüblər.

Yaralı ağır vəziyyətdə hadisə yerinə gələn təcili tibbi yardım vasitəsi ilə paytaxtdakı 5 saylı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Bundan sonra hadisə baş verən ünvana Qaradağ Rayon Prokrorluğu və polis idarəsinin əməkdaşları gəliblər. Xəstəxanadan verilən məlumata görə, hazırda Q.Məmmədovun vəziyyəti qeyri kafidir. İlkin araşdırmalar nəticəsində məlum olub ki, hadisə ailə münaqişəsi zəminində baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR