Ceyms Uorlik: “Monitorinq zamanı yaşadığım tәcrübәdәn deyә bilәrәm ki, təmas xəttində vəziyyət çox dәhşәtlidir” - VİDEO

Ceyms Uorlik: “Monitorinq zamanı yaşadığım tәcrübәdәn deyә bilәrәm ki, təmas xəttində vəziyyət çox dәhşәtlidir” - <span style="color: red;">VİDEO
# 28 oktyabr 2015 15:58 (UTC +04:00)

Bakı. Mәlahәt Nәcәfova - APA. “Dünәn mәn tәmas xәttindә idim. ATӘT-in monitorinq qrupu ilә hәmin xәtti keçdik. Әgәr әvvәllәr bu vәziyyәtin nә dәrәcәdә tәhlükәli olması barәdә suallar var idisә, mәn orada yaşadığım tәcrübәdәn deyә bilәrәm ki, çox dәhşәtli vәziyyәtdir”.

APA-nın xəbərinə görə, bu sözləri Azərbaycanda səfərdə olan ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib. O bildirib ki, atәşkәs rejiminә hörmәt olunmalıdır: “Biz münaqişәnin sülh yolu ilә uzunmüddәtli hәllini tapmalıyıq. Mәn hәmsәdr həmkarlarımla tәhlükәsiz yerdә idim. Lakin ATӘT-in iki әmәkdaşı tәhlükәli yerdә idilәr vә gizlәnmәyә yer axtarırdılar. Sevinirәm ki, onlar xәsarәt almayıb. Bu kimi insidentlәr qәbuledilmәzdir. Biz bu hadisә barədə ATӘT ekspertlәri ilә müzakirә aparanda onlar dedilәr ki, atәşin hansı tәrәfdәn açıldığını müәyyәnlәşdirmәk mümkün deyil. Onlar bu işin mütәxәssislәridir. Lakin atәş açılanda onun haradan gәldiyini müәyyәnlәşdirmәk çәtindir. Bir daha qeyd edirәm ki, hәmsәdrlәrin iştirakı ilә monitorinq keçirilәrkәn belә indidentlәrin baş vermәsi qәbuledilmәzdir”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR