İspaniya Konstitusiya Məhkəməsi Kataloniya hökumətinin alternativ sorğu qərarını qanunsuz sayıb

İspaniya Konstitusiya Məhkəməsi Kataloniya hökumətinin alternativ sorğu qərarını qanunsuz sayıb
# 04 noyabr 2014 14:49 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. İspaniya Konstitusiya Məhkəməsi hökumətin Kataloniya nazirlər kabinetinin suverenlik haqqında sorğu keçirmək qərarından şikayətini təmin edib.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, noyabrın 9-na təyin edilən alternativ sorğu Konstitusiya Məhkəməsinin Kataloniya parlamentinin qəbul etdiyi “Referendum xarakteri daşımayan sorğuların keçirilməsi haqqında” qanunun icrasının dayandırılması haqda 29 sentyabr tarixli qərarına ziddir.

İspaniya baş nazirinin müavini Sorayya Saens de Santramariya Kataloniya vilayət hökumətinin vətəndaşların birbaşa iştirakı ilə (hökumətin rəsmi iştirakı olmadan) sorğu keçirmək təşəbbüsünü Konstitusiya məhkəməsinin qadağa etdiyi sorğunun kamuflaj altında keçirilməsi cəhdi kimi dəyərləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR