Qəbələdə piyadanı maşın vurub

Qəbələdə piyadanı maşın vurub
# 19 mart 2015 09:44 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Qəbələdə ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 18-də saat 21 radələrində Qəbələ rayonunun Vəndam qəsəbəsində şəhər sakini Zahid Hüseynov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən qəsəbə sakini Rövşən Əliyevi vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR