Bakı sakinindən 2 kiloqramdan çox marixuana götürülüb

Bakı sakinindən 2 kiloqramdan çox marixuana götürülüb
# 14 iyul 2016 10:17 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Abşeronda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Pərviz İsmayılovdan Xırdalan şəhərində kirayədə yaşadığı evdə dibçəkdə kultivasiya yolu ilə yetişdirilmiş 80 ədəd çətənə kolu və 2 kiloqram 050 qram marixuana aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR