Paşha Bank
Bank Of Baku

Vəkillər Cahangir Hacıyev barəsində olan mülki iddianın rədd edilməsini tələb edib

Vəkillər Cahangir Hacıyev barəsində olan mülki iddianın rədd edilməsini tələb edib
# 10 iyun 2019 14:41 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov və Ramis Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

APA-nın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi davam etdirilib.

Cahangir Hacıyevin vəkili Fəxrəddin Mehdiyev məhkəmədən sorğu verilərək, bəzi məlumatların əldə edilməsini istəyib. Cahangir Hacıyevin digər vəkili Aqil Layıcov isə vəsatətində təkrar məhkəmə-mühasibat ekspertizasının keçirilməsini tələb edib. Vəkil deyib ki, ekspert rəylərində təsviri hissə ilə yekun rəy arasında ziddiyyətlər var.

Vəkillər digər vəsatətlərində “Aqrokredit” tərəfindən təqsirləndirilən şəxslərə qarşı qaldırılan 4 milyard 130 min manatlıq mülki iddianın rədd edilməsini istəyiblər. Cahangir Hacıyevin müdafiəçiləri bildiriblər ki, Vergilər Nazirliyi 1.7 milyondan artıq mülki iddianı bundan əvvəl də təqsirləndirilən şəxs olan Dünyamin Xəlilova qarşı irəli sürüb: "Qanuni qüvvəyə minmiş hökmdə əksini tapmış iddianın yenidən Cahangir Hacıyevə qarşı qaldırılması yolverilməzdir".

Dövlət ittihamçısı vəsatətlərə münasibət bildirmək üçün məhkəmədən vaxt istəyib.

Qeyd edək ki, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib

Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il, İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayət-zadənin cəzasını 5 ilə endirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR