Bakıda zəncirvari qəza olub

Bakıda zəncirvari qəza olub
# 15 aprel 2015 07:54 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bayıl qəsəbəsində qeydə alınıb. Bəhruz Şəbiyevin idarə etdiyi “BMW” markalı avtomobil yolun kənarında dayanan “Lexus”, “Kia” və “Hyundai” markalı avtomobillərə çırpılıb. Nəticədə “BMW” markalı avtomobilin sürücüsü xəsarət alıb, avtomobillərə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR