Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) “Azərmarka” şirkəti yeni marka seriyası nəşr etdirib.
RYTN-dən “APA-Economics”ə verilən məlumata görə, “Qarabağın görkəmli xadimləri” adlandırılan marka seriyasına 6 poçt markası daxildir.
Markaların üzərində ayrı-ayrılıqda Molla Pənah Vaqif, Xurşidbanu Natəvan, Əbdürrəhim Haqverdiyev, Bülbül, Üzeyir Hacıbəyov və Xan Şuşinskinin şəkilləri təsvir olunub.
Nəfis dizaynda hazırlanmış markaların birinin nominal dəyəri 50 qəpik təşkil edir.