Ermənistan müxalifəti yenə mitinq keçirəcək

Ermənistan müxalifəti yenə mitinq keçirəcək
# 13 oktyabr 2014 14:06 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva - APA. Ermənistanda “parlament üçlüyü” adlanan müxalif partiyalar (“Çiçəklənən Ermənistan”, Erməni Milli Konqresi və “İrs”) növbəti mitinqini oktyabrın 24-də keçirəcək.

APA-nın “news.am” saytına istinadən xəbərinə görə, bu barədə Erməni Milli Konqresinin nümayəndəsi Levon Zurabyan deyib. O, mitinqin Azadlıq meydanında baş tutacağını bildirib.

Xatırladaq ki, bir neçə gün öncə “parlament üçlüyü”nün minlərlə tərəfdarı Azadlıq meydanında toplaşaraq ölkədəki iqtisadi vəziyyətə, Serj Sarkisyan rejiminin siyasi xəttinə və Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulmasına etiraz ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR