“TRT Avaz” və İTV-də Dağlıq Qarabağ probleminə həsr olunmuş “50 Dəqiqə” proqramı yayımlanacaq

“TRT Avaz” və İTV-də Dağlıq Qarabağ probleminə həsr olunmuş “50 Dəqiqə” proqramı yayımlanacaq
# 20 avqust 2014 10:45 (UTC +04:00)

Bakı – APA. “TRT Avaz” kanalında yayımlanan “50 Dəqiqə” proqramının bu həftəki bölümü Dağlıq Qarabağ probleminə həsr olunacaq. TRT-nin Bakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, proqram Azərbaycan İctimai Televiziyası ilə ortaq yayımlanacaq. “50 Dəqiqə”nin budəfəki buraxılışında təkcə Azərbaycanın deyil, bütün türk dünyasının qanayan yarası Dağlıq Qarabağ problemi ekspertlər tərəfindən təhlil olunacaq.

Azərbaycan-Ermənistan cəbhə xəttində son vaxtlar baş verən atışmalar, Dağlıq Qarabağ probleminin diplomatik yollarla həlli, Rusiyanın problemə yanaşması, Qarabağ probleminin Qafqaz siyasətində öz əksini necə tapdığı kimi sualları “TRT Avaz” studiyasında Giresun Universitetinin rektoru, prof. dr. Aygün Attar cavablandıracaq. İctimai Televiziya studiyasında isə aparıcı Orxan Cabbarlının suallarını prof. dr. Elman Nəsirli və millət vəkili Cavanşir Fevziyev cavablandıracaq.

“50 Dəqiqə” proqramı bu gün - 20 avqust tarixində - Bakı vaxtı ilə saat 18:40-da “TRT Avaz” və İTV-də ekranlara gələcək.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR