Ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən sürücünün şikayəti təmin edilməyib

Ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən sürücünün şikayəti təmin edilməyib
# 23 mart 2015 13:22 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Yaqub Həsənovun apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmə onun şikayətini təmin etməyib. Y. Həsənov barəsində birinci instansiya məhkəməsinin çıxardığı hökm qüvvəsində saxlanılıb.

Qeyd edək ki, 2014-cü ilin iyulun 31-də Xəzər rayonunda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Yaqub Həsənov idarə etdiyi “Mercedes” markalı avtomobilə nəzarəti itirərək onu yol kənarında olan işıq dirəyinə çırpıb. Hadisə nəticəsində avtomobildə olan sərnişin 44 yaşlı Etibar Quliyev ölüb.


Əraziyə təcili yardım avtomaşını gələnə qədər naməlum şəxs “VAZ 21011” markalı avtomobillə yaralını və hadisə nəticəsində dünyasını dəyişən sərnişinin meyitini götürərək oradan uzaqlaşıb. Araşdırmalar zamanı müəyyən edilib ki, qəza sürücünün avtomobili içkili halda yüksək sürətlə idarəetməsi səbəbindən baş verib.

Xəzər rayon Polis İdarəsi əməkdaşları tərəfindən aparılan araşdırma zamanı Yaqub Həsənov həbs olunub.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yaqub Həsənov 8 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR