Ukraynada neft bazasında güclü yanğın baş verib, ölən və xəsarət alanlar var

Ukraynada neft bazasında güclü yanğın baş verib, ölən və xəsarət alanlar var
# 08 iyun 2015 22:52 (UTC +04:00)

Bakı-APA. Kiyev vilayətində neft bazasında baş verən güclü yanğın nəticəsində 1 nəfər ölüb, 3 nəfər ağır xəsarətlər alıb.

APA-nın məlumatına görə, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Kiyev vilayətinin Kryaçki yaşayış məntəqəsindəki “BRSM-neft” neft bazasında güclü yanğın iyunun 8-də, axşam saatlarında başlayıb.

“Yanğın nəticəsində 1 nəfər ölüb, 3 nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisə yerinə “Ukrayna dəmir yollarının iki yanğınsöndürən qatarı yollanıb”, məlumatda deyilir.

Hadisənin baş vermə səbəbləri barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR