“Soyuq müharibə” başa çatdıqdan sonra ilk dəfə NATO Rusiya hərbi rəhbərliyi ilə birbaşa əlaqə yaradıb

“Soyuq müharibə” başa çatdıqdan sonra ilk dəfə NATO Rusiya hərbi rəhbərliyi ilə birbaşa əlaqə yaradıb
# 03 may 2015 12:56 (UTC +04:00)

Bakı - APA. “Soyuq müharibə” başa çatandan sonra NATO ilk dəfə olaraq Rusiya hərbi rəhbərliyi ilə birbaşa əlaqə yaradıb.

APA-nın xəbərinə görə, bu barədə Rusiya KİV-ləri Almaniyanın “Frankfurter Allgemeine” qəzetinə istinadən yazır.

“NATO və Rusiyanın hərbi komandanlığı birbaşa əlaqəyə girib. NATO-nun Avropadakı Ali baş komandanı və Alyansın Hərbi Komitəsinin rəhbəri rusiyalı həmkarları ilə birbaşa danışıqlar aparır”, - deyə qəzet NATO-nun qərargahına istinadən yazır.

Qərargahdan bildirilib ki, tərəflər bundan sonra əlaqə xəttinin daim açıq olacağı və ondan mütəmadi istifadə olunacağı ilə bağlı razılığa gəlib.

Xəttin nə vaxtdan açıldığı ilə bağlı məlumat yoxdur. Əməliyyatların gizlin şəkildə aparıldığı bildirilir.

Məlumatda qeyd edilir ki, əlaqənin yaradılması ilə bağlı təşəbbüslə Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR